Sınaq işlərinin əhəmiyyəti

Dünya üzrə hər il minlərlə insan iş yerində baş vermiş elektriklə bağlı bədbəxt hadisələr nəticəsində həyatını itirir və yüzminlərlə insan müxtəlif dərəcəli xəsarətlər alır. Elektriklə bağlı qəza hadisələri həmçinin iri miqyaslı yanğınlara, partlayışlara və müəssisə qurğularının və ya binasının dağılmasına və beləliklə də kütləvi tələfata səbəb da ola bilir.

Bu xoşa gəlməz hadisələr əsasən aşağıda sadalanan üç amildən biri və ya bir neçəsi ilə bağlı olur:

  • Təhlükəli avadanlıq və ya qurğu
  • Təhlükəli iş şəraiti
  • Təhlükəli iş vərdişləri

SOLAB olaraq bizim işimiz təklif etdiyimiz mütəmadi Elektrik Təhlükəsizliyi Sınaqları vasitəsi ilə müştərilərimizin avadanlıq və qurğularının təhlükəsiz olmasına köməklik göstəririk. Biz həmçinin müştərilərimizə konsultasiya və audit xidmətləri vasitəsi ilə iş şəraitinin və vərdişlərinin təhlükəsizliyini təmin etmək üçün xidmətlər təklif edirik.

Elektrik Təhlükəsizliyi Sınaqları hər bir elektrik qurğu və avadanlıqlarının istismar və təftişinin çox vacib bir hissəsidir. Biz müştərilərimizə işçilərinin evə olduğu kimi sağlam qayıtmasına və qurğularının, obyektlərinin təhlükəsizliyini təmin etmələrinə köməklik göstəririk.