Layihələrimiz
Şirkətimiz əsasən elektrik avadanlıqlarının sınağı sahəsində işə başlamış, daha sonra avadanlıqlara texniki xidmətlərin göstərilməsi, quraşdırma işləri, layihələndirmə, texniki konsultasiya və s. istiqamətlərdə də uğurlar qazanmışdır. Bizim səyyar elektrik laboratoriyamız 2012-ci ildən fəaliyyət göstərir, əsasən elektrik avadanlıqlarının (35kv qədər) diaqnostikası və sınaq-test işlərinin aparılması istiqamətində xidmətlər göstərir. Şirkətimiz ölkə ərazisində transformator yarımstansiyalarında, istehsalat sahələrində, ofis, ev, ticarət mərkəzləri və iaşə obyektləri elektrik avadanlıqlarının test-sınağını və texniki xidmətin göstərilməsini həyata keçirir.
Müştərilərimizin ehtiyaclarının operativ təmin edilməsi məqsədi ilə şirkətimiz səyyar elektrik test-sınaq laborotoriyası ilə və bir sıra qabaqcıl şirkətlərin (Megger, Fluke, Chauvin Arnoux və s.) avadanlıqları ilə təchiz edilmişdir. Peşəkar və təcrübəli mütəxəssislərimiz diaqnostika zamanı elektrik avadanlıqlarında qüsurları qabaqcadan aşkar edib, baş verə biləcək qəzaların qarşısını vaxtından əvvəl müəyyən edirlər.