Transformator yağının separasiyası
Gözlənilən səmərəni əldə etmək üçün transformator yağı işıq altında şəffaf və təmiz görünməlidir. Yağın rəngi açıq sarı olmalıdır. Çox aşağı temperaturda da bərkiməməli və nazik maye xüsusiyyətlərini qorumalıdır. Buna qarşı yanma nöqtəsi olduqca yüksək olmalıdır. Asanlıqla soyumalı və yüksək istilik keçiriciliyinə malik olmalıdır. Bundan əlavə, transformatorda sürətli və asanlıqla hərəkət etmək üçün onun akışkanlığı (viskozitesi) aşağı olmalıdır. Oksidləşdirici deqradasiyaya davamlı olmalıdır.
Əgər transformator yağı yuxarıda göstərilən xüsusiyyətlərini itiribsə yağ mütləq şəkildə separasiya olunmalıdır. Separasiya xüsusi təyin olunmuş separator avadanlığı ilə aparılır və transformator yağı istismara verilir.
Transformator yağı VOKES STREAMLİNE SPX avadanlığı tərəfindən separasiya olunur və avadanlıq qeyd olunan hüsusiyyətlərə malikdir:
• Asvalt örtüyü ilə təmin olunmuş yollarda qoşqu vasitəsi ilə daşına bilən cihazdır.
• Sərt hava şəraitində istifadəyə yararlıdır.
• Yeni və işlənmiş elektrik izolyasiya mayelərini, transformator yağlarını mexaniki qatğılardan və tullantılardan təmizləyir. 1000Lh
• BS148 standartına istinadən hazırlanmış transfomator yağlarının tərkibində yaranmış suyu 1 keçiddə 50PPM
– dən, 5PPM – ə salır.
• BS148 standartına istinadən hazırlanmış transfomator yağlarının tərkibində yaranmış suyu 3 keçiddə 50PPM
– dən, 3PPM – dən aşağı qiymətə salır.
• BS148 standartına istinadən hazırlanmış transfomator yağlarının tərkibində yaranmış qazın həcmini 1 keçiddə 10% – dən, 0.25% – ə salır.
• BS148 standartına istinadən hazırlanmış transfomator yağlarının tərkibində yaranmış qazın həcmini 3 keçiddə 10% – dən, 0.25% – ə salır.